Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdə yeni mərhələ
14:50
441
İran rəhbərliyi qonşu dövlətlərdən Fars körfəzi zonasında yeni təhlükəsizlik sisteminin formalaşdırılması barədə mesajlar alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalıbaf bəyan edib.
"Regionda yeni təhlükəsizlik tədbirlərinin hazırlanması ilə bağlı qonşu ölkələrdən mesajlar almışıq", – deyə İslam Respublikası parlamentinin spikeri qeyd edib. Onun sözlərini "Al Hadath" telekanalı sitat gətirib. Qalıbaf əlavə edib ki, əminliyinə görə, "yalnız regiondakı müstəqil təhlükəsizlik sistemi sülh gətirəcək". O, Tehrana bu cür mesajların məhz hansı qonşu dövlətlərdən daxil olduğunu dəqiqləşdirməyib.
Məryəm Quliyeva