Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
Pakistan ordusunun komandanı İran İslam Şurası Məclisinin sədri ilə görüşüb
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
“Bakı-Daşkənd əlaqələri Türk dünyasının inteqrasiyasına töhfə verir”
Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus gəmiyə hücum edilib
20:55
553
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.
Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.
Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür. 2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.


