Kanadada Mübariz İbrahimovla bağlı tədbir Hadisə

Kanadada Mübariz İbrahimovla bağlı tədbir

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilib

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ağacın və məlumat lövhəsinin açılış mərasimi keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan icmasının fəallarından olan Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və şəhid Mübariz İbrahimovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırıb.
Mərasimdə Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları da iştirak edib.