7 Oktyabr 23:27
08:49
420
Kongo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində Ebola virusunun yayılması nəzarətdən çıxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sərhədsiz Həkimlər" beynəlxalq qeyri-hökumət təşkilatına istinadən "Africanews" məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, Konqo Demokratik Respublikasında təsdiqlənmiş yeni Ebola yoluxma hallarının təxminən 40%-i bu əyalətin payına düşür.
Butembo şəhərindəki Ebola müalicə mərkəzinin koordinatoru Stefani Hoffmanın sözlərinə görə, bütün ölüm hallarının təxminən 75%-i tibb müəssisələrindən kənarda baş verir.
Məryəm Quliyeva