Tramp: "İran razılaşmaq üçün hər şeyə hazırdır, lakin bu tam istədiyim sövdələşmə deyil" Dünya

Tramp: "İran razılaşmaq üçün hər şeyə hazırdır, lakin bu tam istədiyim sövdələşmə deyil"

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tənzimlənməsi üzrə razılaşmanın əldə olunmasının tam olaraq onun istədiyi nəticə olmadığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Texas ştatında tərəfdarları qarşısında çıxış edərkən sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffu təqdim edən Amerika lideri deyib: "O, İranla sövdələşmə üzərində işləyir və bunun öhdəsindən çox yaxşı gəlir. Düşünürəm ki, bu sövdələşmə tam olaraq mənim istədiyim kimi deyil, lakin onlar (İran) ondan imtina etməməyimiz üçün bizə hər şeyi təklif etməyə hazırdırlar. Onların heç vaxt nüvə silahı olmayacaq. Lakin o, möhtəşəm danışıqçıdır. O, həm də gözəl insandır və mən onu məhz bu iki keyfiyyətinə görə seçmişəm. Hər kəs Stiven Uitkoffu sevir. O, möhtəşəm iş görür".

Məryəm Quliyeva