Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia edirlər Dünya

Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia edirlər

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər ballistik raketdən istifadə edərək Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endiriblər.

Xalqcebhesi.az -ın məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

"Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid adına hava limanını ballistik raketlə vurmağa müvəffəq olub", - deyə o, özunun Telegram kanalında yazıb.

O, iddiasına görə, birbaşa dəymə nəticəsində Səudiyyə paytaxtının hava limanında hava hərəkəti dayandırılıb. Husi nümayəndəsi həmçinin beynəlxalq aviaşirkətləri krallıq ərazisi üzərindən uçuşlardan imtina etməyə çağırıb və vurğulayıb ki, müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə istisna olmaqla, Səudiyyə Ərəbistanının hava məkanı "müharibə meydanına çevrildiyini" vurğulayıb.

Məryəm Quliyeva