7 Oktyabr 23:27
08:42
371
Fars körfəzində, Qətərin Mədinət əş-Şamal şəhərindən 51 dəniz mili (təxminən 94,4 km) şimalda tanker hücuma məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qurumun məlumatına görə, gəmiyə bir neçə Mərmi dəyib. Heyət üzvləri arasında yaralananlar var.
Aiddiyyəti xidmətlər və yerli hakimiyyət orqanları baş vermiş hadisənin təfərrüatlarını araşdırır. UKMTO ərazidən keçən gəmilərin heyətlərini bu rayonda naviqasiya zamanı ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.
Məryəm Quliyeva