"SAVAK: Şahın Kəşfiyyat Xidmətinin gizli tarixi" çapa hazırdır Hadisə

"SAVAK: Şahın Kəşfiyyat Xidmətinin gizli tarixi" çapa hazırdır

Yaxın Şərq üzrə ekspert Vasili Papava "SAVAK: Şahın Kəşfiyyat Xidmətinin gizli tarixi" üzərindəki işin əsas mərhələsinin başa çatdırıb.

"Bu, həqiqətən də uzun, çətin və gərgin bir yol idi. Bu əhatəli əsəri yaratmaq illərlə davam edən zəhmətli səy, həmçinin külli miqdarda enerji, vaxt və şəxsi fədakarlıq tələb edirdi. Lakin nəticəyə baxdıqda görürəm ki, buna dəyərdi" - o, deyib.

Müəllif qeyd edib ki, əvvəlcə bu kitab, 2016-cı ildə nəşr olunan və 520 səhifədən ibarət olan, SAVAK haqqındakı gürcücə əsərin tərcüməsi kimi nəzərdə tutulub. Lakin üzərində işlədikcə mövzuya o qədər dərindən qapılıb ki, mətni yeni materiallar, sənədlər və bilavasitə şahidlərin ifadələri ilə fəal şəkildə genişləndirməyə başlayıb:

"Nəticədə, əlyazma nəhəng bir həcmə — 1800 səhifədən çox bir ölçüyə çatdı! Buna görə də, bu geniş tədqiqatı üç tamhüquqlu hissəyə (I cild və sonrakı kitablar) bölmək qərara alındı.

Birinci hissə əsasən tamamlanıb. Yalnız bir neçə texniki məsələni – konkret məqamlara aydınlıq gətirmək, yekun redaktəni həyata keçirmək və bu həcmdə bir əsərdə qaçılmaz olan artıq məqamları aradan qaldırmaq kimi işləri – həll etmək qalıb. Bir sözlə, layihə hazırda yekun redaktə mərhələsindədir. Kitabın gələn il nəşr olunması nəzərdə tutulur.

2016-cı ilin gürcücə nəşri ilə müqayisədə, rusca versiya tamamilə fərqli səviyyədədir. Bu, sadəcə tərcümə deyil, həmçinin çoxsaylı mühüm tarixi təfərrüatlar və tamamilə yeni fəsillərlə zənginləşdirilın, daha iddialı bir layihədir.

Fərqi təsəvvür etmək üçün bir nümunə: SAVAK-ın üçüncü rəhbəri general Nemətullah Nəsirinin tərcümeyi-halı gürcücə versiyada cəmi 19 səhifə təşkil etdiyi halda, yeni faktlarla zənginləşdirilən rusca nəşrdə bu həcm təxminən 40 səhifəyə çatlb. Bundan əlavə, əgər köhnə nəşrdə SAVAK ilə Mossad arasındakı əməkdaşlığa cəmi 7 səhifə ayrılmışdısa, rusca versiyada bu mövzu 50 səhifədən çox yer tutur; eyni zamanda, KQB-nin İrandakı fəaliyyəti və SAVAK-ın Sovet kəşfiyyatına qarşı əks-kəşfiyyat əməliyyatları ilə bağlı bölmə 6 səhifədən 60 səhifədən çox həcmə qədər genişlənib.

Hələ bəzi son düzəlişlər edilməlidir, lakin əsas iş tamamlanıb — üç hissədən ibarət bu silsilənin birinci cildinin əlyazması hazırdır. İndi bu iddialı nəşrin işıq üzü görməsini səbirsizliklə gözləyirik".

Cavid