Ararat Mirzoyan və Hakan Fidan arasında telefon danışığı olub Gündəm

Ararat Mirzoyan və Hakan Fidan arasında telefon danışığı olub

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin XİN rəhbəri Hakan Fidan ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Ermənistan və Türkiyə arasında qarşılıqlı əlaqə məsələlərini müzakirə ediblər. Bundan əlavə, Mirzoyan və Fidan regional əməkdaşlıq məsələləri və çoxşaxəli platformaların gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Məryəm Quliyeva