Təranə Muradova: “Məktəb ilk növbədə elm və bilik məkanıdır”
11 Oktyabr 21:02
11 Oktyabr 21:02
10 Oktyabr 10:00
9 Oktyabr 17:29
9 Oktyabr 17:20
07:50
434
Ər Riyada edilən hücumlar niyə əhəmiyyətlidir? Bu, hərbi hədəflərdən sırf mülki hədəflərə keçid etməklə "qırmızı xətt"in aşılması deməkdir. Kral Xalid Beynəlxalq Hava Limanı (KKIA) 8 milyon insana xidmət göstərir və Həcc/Ümrə səfərləri üçün mühüm mərkəz rolunu oynayır. Sözügedən hücumlar qlobal aviasiya təhlükəsizliyini və Qırmızı dənizdə gəmiçiliyi təhdid edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu pakistanlı jueşrbajist, siyasi şərhçi Tazeen Akhtar deyib.
"Hadisə Riyadda keçirilməsi planlaşdırılan mühüm sammitlər ərəfəsində baş verir. Beynəlxalq səviyyədəki qınaq demək olar ki, yekdil olub:
" Birləşmiş Millətlər Təşkilatı: Baş katib Antonio Quterreş bildirib: "Husilərin şənbə günü həyata keçirdiyi və ölümə səbəb olan hücum məni dərindən sarsıdıb və mən bu hücumu qətiyyətlə pisləyirəm. Mülki şəxslərə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır. Bu hücumlar dərhal dayandırılmalıdır". BMT-nin xüsusi elçisi Hans Qrundberq bunu "ciddi gərginləşmə" adlandırıb" - o, qeyd edib.
Akthar Kral Xalid Beynəlxalq Hava Limanına və bütün mülki infrastruktura edilən hücumları qətiyyətlə pislədiyini və hücumların dərhal dayandırılmasına və Yəməndə BMT-nin rəhbərlik etdiyi siyasi prosesə qayıdılmasına çağırış edərkən, zərərçəkənlərin ailələri və Səudiyyə Ərəbistanı Krallığı ilə həmrəylik nümayiş etdirdiyini deyib
Cavid