Təranə Muradova: “Məktəb ilk növbədə elm və bilik məkanıdır”
11 Oktyabr 21:02

Türkiyə və Pakistan Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarından sonra imzalanmış Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində kollektiv müdafiə mexanizmini işə salıblar və bir sıra mühüm addımlar atırlar: Türkiyə və Pakistan öz hərbi qüvvələrini və imkanlarını Səudiyyə Ərəbistanı ərazisinə sürətlə yerləşdirmək qərarı alıblar.
Hərbçilər Səudiyyə Ərəbistanının neft obyektlərini, mülki şəhərlərini və Məkkə ilə Mədinə kimi müqəddəs yerləri hədəf alan hücumlardan qorumaq üçün dəstəkləyici və müdafiə əməliyyatlarında iştirak edirlər.
Rəsmi açıqlamalara görə, Türkiyə və Pakistan qüvvələri ilkin mərhələdə Səudiyyə Ərəbistanı daxilində müdafiə və hava hücumundan müdafiə tapşırıqları yerinə yetirəcək, Yəmən ərazisinə daxil olaraq birbaşa döyüş əməliyyatlarına qoşulmağı planlaşdırmırlar.
Ər-Riyadda yaradılmış Strateji Siyasət və Müdafiə Komitəsi işə düşüb və alyansın ilk baş katibi vəzifəsinə pakistanlı general-leytenant Nauman Mahmud təyin edilib. Hərbi tədbirlərlə yanaşı, tərəflər bölgədəki gərginliyin azaldılması və münaqişənin sivil/siyasi yollarla tənzimlənməsi istiqamətində də məsləhətləşmələr aparırlar.
Bütün bunların müqabilində münaqişə nəticə etibarı ilə hansı formatda başa çata bilər?
Bu sualla politoloq Bakir Həsənbəyliyə mürqciət etdik.
Politoloq bildirdi ki, Səudiyyə Ərəbistanı və husilər arasındakı münaqişənin sonu regional güclərin kompromisindən, Yəmənin daxili siyasi qütbləşməsindən və strateji dəniz yollarının nəzarətindən asılıdır. Uzunmüddətli atəşkəs cəhdlərindən sonra, xüsusilə 2026-cı ildə regional gərginliyin artması və Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinin başlatdığı "Yəmənin şəfəqi" əməliyyatı fonunda münaqişənin həlli üçün bir neçə əsas ssenari irəli sürülür: Münaqişənin hərbi yolla tam həlli çətin göründüyündən, tərəflərin gec-tez yenidən danışıqlar masasına qayıtması qaçılmaz hesab olunur.
Lakin Səudiyyə Ərəbistanının cari şərti, Yəmən rəsmi hökumətinin bütün ölkə üzərində nəzarəti bərpa etməsidir. Diplomatik sonluq müəyyən şərtləri əhatə edə bilər: Husilərin əsas himayədarı olan İran ilə Səudiyyə Ərəbistanı arasında əldə olunacaq genişmiqyaslı regional saziş husiləri silahı yerə qoymağa məcbur edə bilər. Husilərin Yəmənin şimalında siyasi və hərbi güc kimi tanınması müqabilində mərkəzi Yəmən hökumətinə inteqrasiya edilməsi. Səudiyyə Ərəbistanının Yəmənin yenidən qurulmasını maliyyələşdirməsi, limanların tam açılması və dövlət məmurlarının maaşlarının ödənilməsi müqabilində husilərin sərhəd təhlükəsizliyinə zəmanət verməsi.
Əgər tərəflər arasında tam siyasi barışıq mümkün olmazsa, münaqişə Yəmənin iki fərqli dövlətə və ya təsir dairəsinə bölünməsi ilə nəticələnə bilər. Paytaxt Səna da daxil olmaqla, şimal bölgələrinin husilərin daimi və rəsmi nəzarətində qala bilər. Əgər ABŞ və regional müttəfiqlərin müdaxiləsi husiləri tam zəiflədə bilməsə, münaqişə uzunmüddətli tükəndirmə müharibəsinə çevrilə bilər.
Bu ssenaridə husilər Səudiyyə Ərəbistanının aeroportlarına və enerji infrastrukturuna dron və raket zərbələri endirməkdə davam edəcək. Səudiyyə Ərəbistanı və müttəfiqləri isə strateji Babülməndəb boğazı və Qırmızı dəniz sahillərində nəzarəti əldə saxlamaq üçün hava zərbələrini gücləndirəcək. Bu vəziyyət iqtisadi cəhətdən hər iki tərəfi zəiflədir, lakin qəti qələbəni qeyri-mümkün edir. Münaqişənin sonu böyük ölçüdə husilərin beynəlxalq dəniz ticarəti və Səudiyyə mülki obyektlərinə təhdidini dayandırmasından və Səudiyyə Ərəbistanının özünün iqtisadi transformasiya planlarını qorumaq üçün güzəştə gedib-getməyəcəyindən asılı olacaqdır.
Ən real sonluq hərbi pat vəziyyətindən sonra Oman və ya BMT-nin vasitəçiliyi ilə imzalanacaq yeni bir regional kompromis sazişdir.
Cavid