“Bu qanun korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər”
10 Oktyabr 10:00
10 Oktyabr 10:00
9 Oktyabr 17:29
9 Oktyabr 17:20
16:25
546
“Məktəblərdə dünyəvilik, vahid məktəbli geyimi artıq müəyyənləşmiş, qərarlaşmış standartlardır. Xüsusilə ümumi məktəblər ki var, orada din ayrıca tədris olunmamalıdır və vahid məktəbli formasından istifadə olunmalıdır”.
Bu fikirləri xalqcebhesi.az-a akademik Nizami Cəfərov söyləyib.
N.Cəfərov diqqətə çatdırıb ki, uşaqlara dinin təbliğ olunması, qızlara hicab geyindirilməsi kənardan edilmiş məcburiyyətlərdir: “Çünki uşaqlar hələ bunun mənasını, məzmununu başa düşmür. Bu yalnız ya valideynlərinin, ya da kənardan kimlərinsə diktəsi, təsiri ilə və yaxud kimisə təqlid etməklə meydana çıxır. Bu da sonralar uşaqların mənəviyyatına yaxşı təsir etmir. Hər hansı dinə inam, ibadət şəxsiyyət formalaşandan sonra mümkündür”.
Akademikin sözlərinə görə, rəsmi məktəbli forması uşaqların inkişafına, onların dünyagörüşünə yaxşı təsir edir, uşaqları cəmiyyətdə bərabərlik hissi ilə tərbiyə edir: “Təsəvvür edin ki, orta məktəbdə oxuyan şagirdlərin biri varlı, digəri kasıb ailədəndir və bu, onların geyimində ortaya çıxırsa, bu, çox ciddi problemdir. Yaxud da ailənin dini baxışlarına görə uşağın özünü hər hansı bir cərəyana uyğun təqdim etməsi başqa uşaqlara münasibətdə yaxşı hal deyil, özünü yaxşı göstərmir. Ona görə də orta məktəbdə nizam, qayda-qanunlar var ki, onlara əməl etmək lazımdır və orada özfəaliyyət göstərmək çox yanlışdır, ümumiyyətlə, gərək mümkün olmasın”.
Röya İsrafilova
17:01
455
14:59
665
10 Oktyabr 10:57
1 078