Xaçmazda “Gənclər seçir və seçilir” adlı beynəlxalq seminar keçirilib Hadisə

Xaçmazda “Gənclər seçir və seçilir” adlı beynəlxalq seminar  keçirilib

MDB PAA Demokratiyanı, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasının Xaçmaz şəhərində 28 mart 2018-ci il tarixdə "Gənclər seçir və seçilir" adlı Beynəlxalq seminar keçirilib. Bu barədə "Xalq Cəbhəsi"nə adıçəklən qurumdan məlumat verilib. Seminarda MDB PAA Şurasının Katibliyi və onun Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun nümayəndələri və ekspertləri, qonaqlar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Seminarda Azərbaycanın içtimai-siyasi həyatında gənclərin iştirakının xüsusiyyətləri, tendensiyaları və perspektiv imkanları müzakirə edilib.
Seminarın mövzusuna uyğun olaraq müzakirələr aparılıb və MDB PAA DİMBİ Bakı filialının hazırladığı əyani vasitələr seminar iştirakçılarına paylanıb.