Müdafiə naziri NATO PA-nın prezidentini qəbul edib Hadisə

Müdafiə naziri NATO PA-nın prezidentini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının prezidenti Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri NATO Parlament Assambleyasının prezidentinə bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat verib, həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsi məsələsini xatırladıb.
Müdafiə naziri son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artmasını xüsusi qeyd edərək, bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsinə diqqəti yönəldib.