Yol təsərrüfatına 24 min manatdan çox ziyan vurulub Hadisə

Yol təsərrüfatına 24 min manatdan çox ziyan vurulub

İyulun 3-də bir sıra magistral avtomobil yollarında baş vermiş nəqliyyat hadisələri nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, həmin qəzalar aşağıdakılardır:
1. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometriliyində, "Mercedes Benz" markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 p/m metal təhlükəsizlik səddi və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8440 AZN.
2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometriliyində, "Kamaz 53229" markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 p/m metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212.80 AZN.
3. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometriliyində, "Howo" markalı, 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilərək 136 p/m metal təhlükəsizlik səddi yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 8758.40 AZN.
4. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometriliyində, "Kamaz" markalı, 10-CP-082 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 30 metr mühafizə çəpəri yararsız hala salınıb.
Ümumilikdə baş vermiş hadisələr zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.