Müsavat Partiyasının qurultayı yenə təxirə salınıb Hadisə

Müsavat Partiyasının qurultayı yenə təxirə salınıb

Müsavat Partiyasının iyunun 28-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında deyib ki, artıq partiyanın qurultayı iyunun 28-də keçirilə bilməz.
G.Aslanlı bildirib ki, Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar partiya Məclisinin iyunun 28-də keçirilən toplantısında qəbul ediləcək. O, Müsavat Partiyasının qurultayının payıza təxirə salınmasını da istisna etməyib.