Kütləvi informasiya vasitələrinin dili Hadisə

Kütləvi informasiya vasitələrinin dili

MTRŞ və Mətbuat Şurası birgə konfrans keçirəcək

İyunun 27-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın kütləvi informasiya vasitələrinin dili: problemlər və vəzifələr" mövzusunda konfrans keçiriləcək.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Prezident sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş konfrans Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Azərbaycan mətbuatında, internet media məkanında dil xüsusiyyətlərinə, həmçinin müasir televiziya və radiolarda ana dilinin işlənilməsi məsələlərinə diqqət yetiriləcək, mövcud istiqamətlərdə müzakirə aparılacaq.
Konfransda MŞ İdarə Heyətinin üzvlərinin, MTRŞ rəhbərliyinin, kütləvi informasiya vasitələrinin baş redaktorlarının, dövlət rəsmilərinin iştirakı nəzərdə tutulur.

XC