“Hesab vaxtı ...” Hadisə

“Hesab vaxtı ...”

Ön cəbhədə Qənirə Paşayevanın kitabının təqdimatı keçirilib

Ön cəbhədə millət vəkili Qənirə Paşayevanın "Hesab vaxtı ..." kitabının təqdimatı və imzalanması olub. APA-nın xəbərinə görə, əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirən hərbi hissənin komandiri, polkovnik Mais Barxudarov əsgər və hərbçilərin bu tədbiri unutmayacağını, müəllifin imzası ilə verilən kitabların onlar üçün çox dəyərli olacağını deyib.
Ön cəbhədə əsgər və hərbçilər üçün müəllifi olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma tədbirlərinin hamısından daha böyük məna daşıdığını deyib.
Tədbirdə əsgərlər özlərinin yazdıqları şeirləri də oxuyublar. Sonra millət vəkili Qənirə Paşayeva əsgər və hərbçiləri maraqlandıran sualları cavablandırıb.