Məktəb direktorları üçün yeni yanaşmalar tətbiq edilib Hadisə

Məktəb direktorları üçün yeni yanaşmalar tətbiq edilib

Təhsil Nazirliyi Azərbaycanda direktorların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onlara idarəetmə sahəsində kompetensiyaların verilməsi ilə əlaqədar yeni yanaşmalar tətbiq edib. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, artıq bir qrup məktəb direktoru və direktorluğa namizəd olan müəllimlə təlimlərdən keçirilib. Şöbə müdirinin sözlərinə görə, onlar artıq yekun qiymətləndirmədə də iştirak ediblər: "Hazırda onların Təhsil Nazirliyində müsahibələri təşkil edilib. Fərdi olaraq onların hər biri ilə ciddi müsahibə aparılıb. Nəticələr hazırda təhlil edilməkdədir və yaxın günlərdə ictimaiyyətə elan ediləcək".
Nazirlik rəsmisi qeyd edib ki, gələcəkdə həmin təlimlərdən keçən direktorların karyer inkişafı, vakant direktor vəzifələrinə təyinatı, fəaliyyətinin stimullaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçiriləcək.