Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
14 İyun 2019 16:15
2 233
Cənubi Koreyanın İnha Universitetinin beynəlxalq əlaqələr üzrə dekanı, Dil Hazırlıq Mərkəzinin direktoru, professor Kim Junq Ho və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. AzTU-dan bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov universitetin tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri haqqında qonaqlara geniş məlumat verib. Prorektor, “AzTU-da elektron təhsil sisteminin yaradılması” layihəsinin Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən hazırlandığını və bu layihənin universitetdə təhsil prosesini təkmilləşdirdiyini xüsusi vurğulayaraq, bu ölkənin ali təhsil müəssisələri, o cümlədən İnha Universiteti ilə də əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Kim Junq Ho koreyalı mütəxəssislərin ölkəmizdə gedən inkişafı yaxından izlədiklərini, bu inkişafın iki ölkəni daha da yaxınlaşdırdığını qeyd edib. Azərbaycanda yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsi prosesində AzTU-nun önəminə diqqət çəkən qonaq İnha Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında geniş əməkdaşlıq imkanlarının mövcudluğunu və bu əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Görüş zamanı müəllim-tələbə mübadiləsi, magistr hazırlığı üzrə ikili diplomların verilməsi şərtləri müzakirə edilərək ilkin razılıq əldə olunub. Qeyd edilib ki, pilot olaraq bir neçə ixtisas üzrə ikili diplomların verilməsi və tədris prosesinin uyğunlaşdırılması gələcəkdə inteqrasiyanı daha da sürətləndirəcək.
25 Sentyabr 18:21
896
25 Sentyabr 17:17
637
25 Sentyabr 17:16
602