Gəncə-Mingəçevir-Gəncə dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edilib - CƏDVƏL
Taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyinə dair müşavirə keçirib
İran Çin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib
Axios: Tramp Çinə səfərindən sonra İrana qarşı növbəti addımı ata bilər
“Növbədənkənar parlament seçkiləri Netanyahunun marağındadır”
2 İyul 2019 14:28
1 960
Ölkəmizdə asayişin qorunmasında polislərin böyük rolu var. Qarabağ uğrunda döyüşlərdə polislərin xidmətləri az olmayıb. Yüzlərlə polisimiz torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlib.
Bu sözləri Axar.az-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk bildirib.
“Polisdə onlarla vətənpərvər, ləyaqətli dostlarım çalışır. Bu günə qədər AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli Vikipediyada torpaqlarımızın azadlığı uğrunda döyüşüb, şəhid olan polislərimiz və dövlətçiliyimizin güclənməsində xüsusi xidmətləri olmuş şəxslər haqqında onlarla məqalə yaradılıb. Xaricidilli Vikipediyada Azərbaycanın polis milli qəhrəmanları haqqında məqalələr yaradılıb.
Şərəfli, ləyaqətli və vətənpərvər polislərimizi ürəkdən təbrik edirəm. Şəhid polislərimizə Allahdan rəhmət diləyirəm”.