Ermənilər postlara əxlaqsızları yerləşdirir Hadisə

Ermənilər postlara əxlaqsızları yerləşdirir

Arzu Şirinova

BayMedia.az saytı xəbər verir: "Son günlər cəbhə xəttində baş verən gərginliyin Ermənistanda bir xeyli narahatçılıq doğurduğu müşahidə edilir. Ermənilər cəbhə xəttinə doğru və işğal edilmiş torpaqlarda qadınlardan istifadəni artırır. Postlara gətirilən əxlaqsız qadınların arasında snayper qadınlar da var. Düşmən faktiki olaraq verdiyi itkilərin fonunda orduya kişi əsgər tapmadığı halda əxlaqsızları pulla, snayper keçmiş qadınları isə muzdla orduya gəlb edib".
Bəli, ermənilər nə qədər çalışsalar da, saylarını 3 milyondan artığa qaldıra bilmirlər. Bu 3 milyonun da yarısı öz iyrənc siyasətlərinin nəticəsində Ermənistandan qaçaq düşüb. İndi görün rəzillər nəyə əl atıblar. Əxlaqsızları postlarda yerləşdirirlər. Təxminən bir neçə il bundan əvvəl erməni mətbuatı yazırdı ki, deputat Akop Akopyan ölkə əhalisinin sayının artırılması üçün qanunvericilik təşəbbüsündə bulunub. Yəni, parlamentə təqdim etdiyi qanun layihəsində göstərib ki, ölkədə doğum faizini artırmaq və bu sahədə Azərbaycana çatmaq üçün çoxarvadlılıqla yanaşı, çoxərliliyə də rəsmən icazə verilməli, eyni zamanda, nigahdan kənar təmasda uşaq doğmağın təşviqilə bağlı qanun qəbul olunmalıdır.
Akopyanın ağlına görə, bu tədbirlər görülsə genefondun artması məsələsində Azərbaycandan geri qalan Ermənistan irəliləyişə nail ola bilər. Ermənistan parlamentində İctiami İşlər Daimi Komitəsinin rəhbəri olan və israrla "problemin təhlükəli həddə olduğunu nəzərə alaraq Azərbaycana çatmaq üçün erməni qadınlar nə yolla olur-olsun çox doğmalıdırlar" deyən Akopyanın hazırda ölkəsində doğum faizi aşağı düşüb. Yəni 2012-ci illə müqayisədə 2013-cü ildə 1000 nəfərə yaxın az uşaq doğulub.
Bu rəzil görün hansı əməllərlə ölkəsinin Azərbaycana çatmasını istəyir? Akopyana deyən gərək, onsuz da sənin millətin qeyri-rəsmi olsa belə yaranandan çoxərliliyi özlərinin həyat devizinə çeviriblər. Fürsət düşən kimi başqa millətlər vasitəsilə genefondunu artırıb. Yenə də 3 milyondan artıq olmur ki, olmur.
Sözügedən saytdakı informasiya (əxlaqsız qadınların və muzdlu snayperçi qadınların postlarda yerləşdirilməsi) və bir neçə il bundan əvvəl də Akopyanın "Azərbaycana çatmaq üçün erməni qadqınlar nə yolla olur-olsun çox doğmalıdırlar" aşağılıq fikri vaxtilə mətbuatdan oxuduğum bir hadisəni xatırlatdı.
Sovetin dövründə bir nəfər azərbaycanlı mütəxəssiz ixtisas artırmaq məqsədilə İrəvanda olur. Həmin vaxt sovetin tərkibində olan respublikaların hər birindən ixtisas artırmada iştirak edirmişlər. Günlərin bir günü erməni həmkarı azərbaycanlı ilə bərabər digər millətlərin nümayəndərini də evlərinə qonaq dəvət eləyir. Yeyib-içəndən sonra qonaqlar getmək üçün ayağa qalxanda ev sahibi oğluna başı ilə nəsə işarə eləyir. Bu, azərbaycanlının gözündən yayınmır.
Digər millətlərin nümayəndələri bir-bir sağollaşıb gedirlər. Hövbə azərbaycanlıya çatanda ev sahibi və oğlu israrla onun bu gecə onlarda qalmasını bildirir. Azərbaycanlı isə "yox" deyəndə ata-bala qırsaqqız olub yapışırlar ki, heç olmasa bir-iki saat da olsa artıq otursun. Azərbaycanlı da bu israrın qarşısında aciz qalır və keçib əyləşir. Sanki ev sahibinin gözlərinə işıq gəlir. Heç bir qədər keçməmiş baxır ki, geyimli-keçimli, özü yaşlarında erməni qızı masaya yaxınlaşdı. Ev sahibi tez dillənir:"Bayaqdan qızım utanıb otağa keçmirdi. İndi səni özümüzünkü bilib gəlib".
Azərbaycanlı hal-əhval tutur və fikirləşir ki, bir halda məni özlərinki bilirlər, rəsmiyyəti bir kənara atmalıyam. Başlayır bunlarla deyib-gülməyə. Ev sahibi birdən-birə qızının taleyindən gileylənməyə başlayır və bildirir ki, neçə ildir ailə qurub, ancaq uşaqları olmur:"Vaxtında sözümə baxmadı. Dedim gəl səni azərbaycanlı dostum var, onun oğluna verim, razılaşmadı. Mən deyən olsaydı indi neçə nəvəm vardı".
Azərbaycanlı məsələnin nə yerdə olduğunu anlayır və vacib işi olduğunu anladıb evi tərk eləyir...