Qaradağda təkər tullantıları yandı Video Hadisə

Qaradağda təkər tullantıları yandı Video

Bakı şəhəri, Qaradağ rayonunda təkər tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Report-a bildirib ki, yanğın ƏIət-Astara magistral yolunun Qaradağ rayonundan keçən hissəsinin yaxınlığındakı qamışlıq deyilən ərazidə qeydə alınıb: "Ciddi bir şey yoxdur, orada olan təkər tullantıları yanıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub. Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".