“Qədim türk yurdu Naxçıvan” Hadisə

“Qədim türk yurdu Naxçıvan”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Folklor İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Nizami Muradoğlunun “Qədim türk yurdu Naxçıvan” kitabının təqdimatı keçirilib.

İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli tədbirdə çıxış edərək nəşrin elmi əhəmiyyəti haqqında məlumat verib.
Qeyd edilib ki, N.Muradoğlunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda erməni cinayətlərinin izi və iddiaları” adlı layihəsi əsasında nəşr olunan kitabı tarixi faktları özündə əks etdirən məqalələr toplusudur. Burada ermənilərin Naxçıvan diyarına köçürülməsi, burada yerləşdikdən sonra yerli əhaliyə qarşı törətdikləri vəhşiliklər, qanlı müharibələr haqqında geniş məlumat verilir. Kitabın rəyçiləri Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadədir.
Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev, Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədli və başqaları çıxış edərək kitabın elmi-tarixi əhəmiyyətindən danışıb, müəllifə gələcək işlərində uğurlar arzulayıblar. Sonda müəllif tədbir iştirakçılarına minnətdarlığını bildirib.