Şabranda “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib Hadisə

Şabranda “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib

Şabranda “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib Şabran rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə yeniyetmə və gənclərdən ibarət 7 komandanın iştirakı ilə yarış keçirilib.
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmdov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.
Şabranda “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib
Tədbirdə çıxış edən Şabran rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Bağırzadə və rayon Təhsil Şöbəsinin məsul işçisi Gülər Hüseynova tədbirin Şabranda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.
Şabranda “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib
Rəsmi hissədən sonra yarışa start verilib. Birinci mərhələdə 7 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 7 turun nəticələrinə əsasən ilk 4 yeri tutan komandalar mübarizəni ikinci mərhələdə davam etdirmək hüququ qazanıb. Yekunda “Apokalipsis” biliciləri turnirin qalibi adını qazanıb. “Xəzər” komandası ikinci, “Şabran” adını daşıyan komanda üçüncü olub.
Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.
Şabranda “Yurdum Azərbaycanım” adlı intellektual turnir keçirilib