Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
31 Oktyabr 2019 16:10
7 329
Rzayev Elnur Şahbaz oğlu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni icra başçısı E.Rzayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
O, 1980-ci ildə (39 yaş) Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.
2013-cü ildən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini idi.
Ailəlidir, 3 övladı var.
16 May 19:46
1 190
16 May 10:39
1 386
15 May 18:39
1 645