“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
7 Noyabr 2019 11:44
2 359
Azərbaycanda, xüsusən yay aylarında yağıntıların az olması bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik yaradıb.
Bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Q.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlandı.
"Artıq Gədəbəy və Lerikdə bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə gələn il başa çatacaq".
Regionlarda suyun keyfiyyətinə toxunan Q.Hüseynov bildirib ki, Strateji Yol Xəritəsinə uyğun olaraq regionlarda su-kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələdə laboratoriyaları avadanlıqlar, kadrlar, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanılması təmin olunsun, gələcəkdə isə bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsini nəzərdə tuturuq”.
16 Dekabr 19:11
952
16 Dekabr 17:47
1 029
16 Dekabr 16:47
973