12 Noyabr 16:44
12 Noyabr 16:37
28 Dekabr 2019 11:35
2 723
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin 10 tələbəsinə universitet rəhbərliyi adından mükafatlar təqdim olunub.
AzMİU-dan bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva təhsildə fərqlənən və davamiyyətə, nizam-intizama riayət edən tələbələrin mükafatlandırıldığını deyib. O, ümidvar olduğunu bildirib ki, tələbə yoldaşlarının uğurları digərlərinə də müsbət təsir edəcək, onların daha səylə çalışmalarına təkan verəcək. N.Abdullayeva bu il tələbələrin mükafatlandırılmasında AzMİU-nun ən yaxşı tərəfdaşlarından olan “AzerGold” ASC-nin xidməti olduğunu diqqətə çatdırıb, şirkətin rəhbərliyinə rektorluğun adından təşəkkürünü bildirib.
Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova mükafatlandırma mərasiminin əcnəbi tələbələrə imtahanlarda stimul verəcəyini söyləyib.
Sonra təhsildə və universitetin ictimai həyatında fərqlənən əcnəbi tələbələr - Melike Pelin İstemi (Türkiyə), Nazlı Cerit Saim (Türkiyə), Çağatay Atıcı (Türkiyə), Kerem Kudeyt (Türkiyə), Mina Nabiyeva (Gürcüstan), Gunel Mardaliyeva (Türkmənistan) və başqalarına hədiyyələr verilib, sertifikatlar təqdim olunub.
12 Noyabr 21:09
658
12 Noyabr 20:18
735
12 Noyabr 18:50
770