Azərbaycan peyk xidmətlərinin ixracını artırıb Hadisə

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

2019-cu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
2019-cu ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.