Mətbuat Şurası Ramil Usubova müraciət edib Hadisə

Mətbuat Şurası Ramil Usubova müraciət edib

Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubova "Azadlıq" qəzetinin yazarı, "Azərbaycan saatı" proqramının aparıcısı Seymur Həzinin həbsi ilə bağlı müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, avqustun 29-da Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Seymur Həziyə qarşı cinayət işi başlanıb, Abşeron Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Müraciətdə bildirilir ki, hələlik istintaq gedir, son sözü məhkəmə deyəcək. Eyni zamanda qeyd olunur ki, Seymur Həzi jurnalist olduğu üçün onun həbsi Mətbuat Şurasının diqqətindədir.
Əflatun Amaşovun Ramil Usubova müraciəti bu sözlərlə bitir: "Əminik ki, proses sizin sayənizdə ədalətli, qanunun tələblərinə uyğun şəkildə həllini tapacaq, onun jurnalist olması nəzərə alınacaq".