“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
17 Mart 2020 14:54
1 750
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələr və vətəndaşların qəbulu müvəqqəti dayandırılır.
DİM-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 2020-ci il 16 mart tarixli məktubuna əsasən martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən aprelin 12-də inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır. Müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.
Aprelin 5, 12 və 19 tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.
Vətəndaşların müraciətləri 1653 “Çağrı mərkəzi” vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.
1 Noyabr 17:46
1 701
1 Noyabr 14:21
1 701
31 Oktyabr 20:55
2 128