Nazirimiz də “Təmiz əllər”ə qoşuldu - Video
Hadisə
29 Mart 2020 13:41
1 092
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının "Təmiz əllər" təşəbbüsünə qoşulub.
Nazir estafeti BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alssandro Frakassettidən qəbul edib. M.Babayev "Təmiz əllər" naminə yaradılmış təşəbbüsə qoşularaq nümunə üçün əllərini sabunla yuyub.
Nazir hər kəsi ÜST-ün "Təmiz əllər" təşəbbüsünə qoşulmaqla koronavirusla mübarizəyə dəvət edir.
M.Babayev özündən sonra estafeti Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqviyə ötürüb.