Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilməkdədir Hadisə

Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilməkdədir

Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir.
Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmət aparırlar.