Lukaşenko Pezeşkiyanla telefon danışığı aparıb
30 Aprel 17:24
30 Aprel 17:24
Niderlandda hərbi poliqonda yanğın baş verib, 1500-dən çox qaçqın təxliyə olunub
İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
KİV: Pentaqon Almaniyadakı qoşunların azaldılması ilə bağlı Trampa hələlik plan təqdim etməyib
Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs məhkəmə prosesi müddətində həbsdə qalacaq
9 Aprel 2020 10:33
1 806
Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən, Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib.
Qeyd edək ki, 2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.
Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.
Belə ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb.
30 Aprel 21:53
1 092
30 Aprel 19:47
917
30 Aprel 19:46
1 078