Senatda yeni səfirlə bağlı dinləmə keçiriləcək Hadisə

Senatda yeni səfirlə bağlı dinləmə keçiriləcək

ABŞ Senatının xarici əlaqələr komitəsi Robert Sekutanın Azərbaycana səfir təyin olunması ilə bağlı dinləmə keçirəcək. APA-nın məlumatına görə, dinləmələr sentyabrın 17-nə təyin olunub.
ABŞ-ın digər ölkələrdə, o cümlədən Ermənistanda səfir postuna namizədliyi irəli sürülmüş diplomatların təyinatı da müzakirə ediləcək.
Ağ Ev dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini Robert Sekutanın Azərbaycana səfir postuna namizədliyini iyul ayında irəli sürüb. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddəti bu yay başa çatıb. Morninqstar ABŞ-ın Azərbaycanda səkkizinci səfiri idi. Əvvəllər bu postu Riçard Mayls, Riçard Kozlariç, Stenli Eskudero, Ross Uilson, Rino Harniş, Enn Dörsi, Metyu Brayza tutublar.