Jurnalistlər üçün daha bir müsabiqə Hadisə

Jurnalistlər üçün daha bir müsabiqə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu

"AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti"

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə:
I yer üçün bir,
II yer üçün iki,
III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

I yer - 1 000 manat
II yer - 800 manat
III yer - 600 manat
Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.

Qaliblər, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında ətraflı məlumatı www.kivdf.gov.az saytından almaq olar.