Tarixi an yaxınlaşır Hadisə

Tarixi an yaxınlaşır

Türkiyə TANAP-ı ratifikasiya etdi

Türkiyə TANAP layihəsi üzrə Azərbaycanla bağladığı memorandum anlaşmasını ratifikasiya edib. Memorandum bu il mayın 26-da Ankarada Türkiyənin energetika naziri Taner Yıldızla Azərbaycan energetika naziri Natiq Əliyev arasında imzalanıb.
Bu layihəyə görə, Azərbaycanın "Şahdəniz" yatağındakı təbii qazı Avropa bazarlarına çatdırılacaq.
Boru kəmərinin daşıma qabiliyyəti 16 milyard kubmetrdir. Onun 6 milyard kubmetri Türkiyənin qaz təchizatına sərf ediləcək. Qalan 10 milyardı Avropaya daşınacaq. Gələcəkdə boru kəmərinin daşıma qabiliyyəti 31 milyard kubmetrə qədər artırıla bilər.
Kəmərin inşasının 2018-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin qiyməti 10-11 milyard dollar arası qiymətləndirilir.
Sentyabrın 20-də isə təməlqoyma mərasimi keçiriləcək. Tədbirə Azərbaycanın dövlət başçısı İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və bp-nin İtaliya, Yunanıstan və Bolqarıstan rəhbərliyində lobbiçiliyini etmiş Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin qatılacağı gözlənilir.
Bu layihə Azərbaycan üçün iqtisadi inkişafın yeni mərhələsi, həmçinin Avropa Birliyi ilə Bakının sıx tellərlə bağlanması deməkdir. Digər tərəfdən, Avropanın Rusiya qazından asılılığını azaldacaq.