Əli Kərimlinin partiyasından daha bir istefa Hadisə

Əli Kərimlinin partiyasından daha bir istefa

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü Elçin Rüstəmli partiyadan istefa verib.
Elçin Rüstəmli bildirib ki, istefasına səbəb AXCP-dəki fəaliyyətinin formal olmasıdır: "Mən siyasi fəaliyyətlə məşğul olmurdum. Öz peşəmlə, jurnalistika ilə məşğulam. Qərara gəldim ki, bir partiyada fəaliyyətlə məşğul deyiləmsə, orda təmsilçiliyim mənasızdır. Buna görə də istefa qərarımı verdim".
E. Rüstəmli qeyd edib ki, istefa ərizəsini yazıb, amma rəhbərliyə təqdim etməyib: "Partiyadan istefamla bağlı heç kimi məlumatlandırmamışam, sadəcə, qərarımı açıqlamışam. İstefa ərizəm hazırdır, rəhbərliyə təqdim edəcəm. Partiyada istefama necə reaksiya verdiklərindən isə xəbərim yoxdur".
Sabiq AXCP üzvü bundan sonra heç bir siyasi partiyaya üzv olmaq istəmədiyini açıqlayıb.
Qeyd edək ki, E. Rüstəmli "Bizim yol" qəzetinin əməkdaşıdır.