Qərargah: Fevraldan indiyədək 18 milyon maska satılıb Hadisə

Qərargah: Fevraldan indiyədək 18 milyon maska satılıb

“Fevralın ortalarından indiyə qədər 24 milyon ədəd maska satışa çıxarılıb, 18 milyon ədəd maska satılıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, hazırda ölkədə 6 milyon maska ehtiyatı var: “Ölkədə hazırda gündəlik 250 min maska istehsal edilir. Ayın sonuna ölkəyə 10 milyon civarında maska idxal olanacaq”.