17 Noyabr 11:44
17 Noyabr 10:22
6 İyul 2020 19:21
3 206
2020-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 30.06.2020-ci il tarixdə imzalanmış Sərəncamla xüsusi karantin rejiminə riayət etməklə yubiley tədbirlərinin keçirilməsi tapşırılıb.
Ədliyyə Naizrliyinin mətbuat xidmətindən verilən məlumata görə, yubileyə həsr olunan tədbirlər çərçivəsində 22 iyul – Milli Mətbuat Günü ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş jurnalist araşdırmaları müsabiqəsinin nəticələri üzrə qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
Xatırladılır kı, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrində dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə elan olunmuş "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda müsabiqəyə cari ilin mart ayının 1-dən başlanılmışdır.
Lakin COVİD-19 qlobal pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi nəzərə alınaraq müsabiqənin vaxtı uzadılıb.
İyul ayının 15-dək davam edəcək müsabiqəyə qoşulmaq arzusunda olanlar ətraflı məlumatı nazirliyin saytından əldə edə bilərlər. İştirakçılar yazı və digər materialları həmçinin, Ədliyyə Nazirliyinə elektron qaydada müsabiqənin şərtlərinə uyğun olmaqla göndərə bilərlər.
17 Noyabr 19:35
1 099
17 Noyabr 19:35
1 036
17 Noyabr 19:03
1 071