Komitə sədri: Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 67 cinayət işi açılıb Hadisə

Komitə sədri: Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 67 cinayət işi açılıb

Cari ildə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 67 cinayət işi açılıb.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Komitə sədri bildirib: “Qaçaqmalçılıq sahəsində əməliyyat tədbirləri əvvəlki illərdə olduğu kimi davam etdirilib. Başlanmış 249 cinayət işinin əsas hissəsini 67 halda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər təşkil edib. Həm idxal əməliyyatları üzrə, həm də tranzit əməliyyatları üzrə çəkisi 942 kiloqram olan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd edilib ki, bunun qara bazarda dəyəri 60 milyon avrodan çoxdur. Həmçinin bildirmək istəyirəm ki, dəyəri 10 milyon dollardan artıq olan tütün məmulatları, spirtli içkilər və digər malların qaçaq yolla gətirilməsi cəhdinin qarşısı alınıb”.