Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
20 İyul 2020 17:38
1 484
Bu günə qədər 212 mindən çox muzdlu içinin əməkhaqqı üçün 95 milyon 636 min manat dəstək verilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Ş.Mövsümov vurğulayıb ki, mikrosahibkarlara dəstək məqsədilə 63 milyon manat vəsait yönəldilib.
Onun sözlərinə görə, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə mübarizə aparır: “Bu gün biz Tovuz istiqamətdində ermənilərlə mübarizə aparırıq, digər istiqamət isə koronavirusla mübarizədir. Biz birlikdə bütün cəbhələrdə qalib gələcəyik”.