“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
28 İyul 2020 14:43
2 184
Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin və mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir.
Bu fikirlər YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevlə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin görüşü zamanı səsləndirilib.
Görüşdə ölkə Prezidenti İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışılıb. Anar Qədiməliyev Gəncə şəhərində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildirib.
Təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan millət vəkili Naqif Həmzəyev Anar Qədiməliyevi yeni təyinat münasibəti ilə təbrik edib, ona şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb.
Qeyd edək ki, Anar Qədiməliyev Bakı şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.
1 Noyabr 17:46
1 470
1 Noyabr 14:21
1 477
31 Oktyabr 20:55
1 897