Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin son sayı Güney Azərbaycan

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin son sayı

Son 3 ay ərzində Şərqi Azərbaycan əyalətində baş verən iş qəzaları nəticəsində 17 nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin dövr ərzində daha 300 işçi yaralanıb.

Qeyd olunub ki, 6 nəfər hündürlükdən yıxılaraq, 6 nəfərə sərt cism dəyərək, 3 nəfər elektrik cərəyanı vurması, 2 nəfər isə yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.