Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya F-16-lar yerləşdirib Dünya

Türkiyə NATO missiyası çərçivəsində Estoniyaya F-16-lar yerləşdirib

Türkiyə NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyasında iştirak etmək üçün Estoniyaya beş F-16 qırıcı təyyarəsi göndərib. Missiya 1 avqust - 30 noyabr tarixlərində davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın Müdafiə Nazirliyindən məlumat verilib.

"NATO-nun Baltikyanı ölkələrin hava məkanının gücləndirilmiş mühafizəsi missiyası çərçivəsində 1 avqust - 30 noyabr 2026-cı il tarixləri arasında beş F-16 qırıcı təyyarəmizin və şəxsi heyətimizin Estoniyanın Əmari aviabazasına köçürülməsi tamamlanıb", — deyə hərbi idarədən bildirilib.

Türkiyə NATO missiyasını Portuqaliyadan təhvil alacaq və mərasim cümə günü, iyulun 31-də baş tutacaq, nazirlikdən əlavə edilib. "Missiya müddətində bölmələrimiz NATO-nun birgə hava hücumundan müdafiə tədbirləri çərçivəsində Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək və fövqəladə hallara reaksiya vəzifələrini 24/7 yerinə yetirərək alyansın hava məkanının təhlükəsizliyini dəstəkləyəcək", — deyə nazirlikdən bəyan edilib.

Məryəm Quliyeva