Hegset Netanyahu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib Gündəm

Hegset Netanyahu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Pentaqon rəhbəri Pit Hegset İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ-yə səfəri zamanı onunla görüşdüyünü və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri "X" sosial şəbəkəsində qeyd edib.

"Komandamın üzvləri, o cümlədən siyasi məsələlər üzrə müavinim Elbridc Kolbi və ictimaiyyətlə əlaqələr üzrə köməkçim Şon Parnell İsrail ilə müdafiə tərəfdaşlığımızın möhkəmliyini və təhlükəsizlik sahəsindəki ümumi maraqlarımızın irəlilədilməsinə sadiqliyimizi təsdiqləmək üçün danışıqlar zamanı mənə qoşuldular", — deyə bildirib.

Məryəm Quliyeva