Paşinyan: Məsələ dostcasına həll edilməsə, Rusiyanı məhkəməyə verəcəyik Dünya

Paşinyan: Məsələ dostcasına həll edilməsə, Rusiyanı məhkəməyə verəcəyik

“Ermənistan hökumətinin dəmir yolu ilə bağlı mövqeyi dəyişməyib”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması ilə bağlı məsələni brifinqdə şərh edərkən deyib.

“Dəmir yolu ilə bağlı mövqeyimiz eynidir - bu, bizim mülkiyyətimizdir və Ermənistan ondan istədiyi şəkildə istifadə etmək imkanına malik olmalıdır”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bu məsələ həllini tapmalıdır:

“İrəvan problemi dostcasına həll etmək istəyir, amma zərurət yaranarsa, hüquqi qərarlar qəbul edilə və fikir ayrılığı qalacağı təqdirdə məsələ arbitraj məhkəməsinə çıxarıla bilər”.

Paşinyan əlavə edib ki, Ermənistanda uzun illər ödənişsiz istifadə olunan bəzi xidmətlər və ya obyektlər üzrə indi ödəniş tələb olunur:

“Ermənistanda elə şeylər var ki, indiyədək pulsuz olub, amma indi bahalaşa bilər. Elə hallar var ki, 30 il ərzində pulsuz istifadə olunub, indi isə bunun üçün ildə 2 milyard məbləğində icarə haqqı tələb olunur”.