14:39
322
“Nyukasl”ın baş məşqçisi Eddi Hau yaxın vaxtlarda vəzifəsini tərk edəcək.
Bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano məlumat yayıb.
Onun ayrılıq qərarının səbəbi açıqlanmayıb. İddialara görə, 48 yaşlı mütəxəssis son beş ildə çalışdırdığı “Nyukasl” rəhbərliyinə işinə fasilə vermək istədiyini və postundan ayrılacağını bildirib.
Qeyd edək ki, Eddi Hau daha əvvəl “Bornmut” və “Bernli”ni də çalışdırıb. Onun rəhbərliyi altında “Nyukasl” 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. Komanda ötən mövsümü Premyer Liqanı 12-ci pillədə başa vurub.
14:47
308
09:01
637
29 İyul 23:10
749