

14 Oktyabr 14:55
Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir
Xırdalanda 19 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı tutulub
Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib
Aleksey Overçuk: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Körfəzə ən qısa yoldur
Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək
Müasir dövrün və dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq işçilərinin fəaliyyətində çevikliyin, səmərəliliyin, peşəkarlığın, şəffaflığın təmin edilməsi və artırılması məqsədi ilə əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə beynəlxalq təşkilatların müsbət təcrübələrinin öyrənilməsi istiqamətində tədbirlər görülməkdədir.
Baş Prokurorluqdan verilən məlumata görə, cari ilin 24 iyul tarixində Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Varşava Konvensiyası müddəalarının tətbiqi” mövzusunda keçirilmiş təlim kursunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, həmin idarənin rəis müavini İsmayıl Qayıbov, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov, o cümlədən prokurorluğun və bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Təlim kursunda həmçinin İqtisadi Cinayətlər və Əməkdaşlıq şöbəsinin rəhbəri Mustafa Ferati, habelə Avropa Şurasının ekspertləri Klaudiyo Stroligo və Martin Poleyn iştirak edib.
Videoformatda keçirilmiş təlim kursu Varşava Konvensiyası ilə tənzimlənən müxtəlif istintaq hərəkətləri, çirkli pulların yuyulmasının qarşısının alınması, bu növ cinayətlərin istintaqının aparılması qaydaları, habelə aktivlərin geri qaytarılması sahəsində görülməli olan işlər, əmlakın bərpası üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini əhatə etməklə, sözügedən növ cinayətlərin törədilməsi nəticəsində leqallaşdırılmış əmlakın bərpa edilməsinə töhfə verəcək Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin yaradılmasından bəhs edilib.
Təlimin əsas məqsədi Avropa Şurasının təcrübəli ekspertləri tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi üzrə uğurlu təcrübə və bilik mübadiləsinin aparılması, o cümlədən gələcəkdə daha sıx əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olub.