Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
30 İyul 2020 16:50
1 932
“İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi araşdırma mərhələsindədir”.
Bunu Tehran bürosuna açıqlamasında İranın Elektrik Enerjisi Sənayesi İttifaqının İxracat komitəsinin sədri Pəyam Baqiri deyib.
O bildirib ki, elektrik enerjisinin ötürülməsi üçün ən yaxşı istiqamətin seçilməsi və elektrik dirəklərin quraşdırılması üçün araşdırma aparılır.
P. Baqirinin sözlərinə görə, 3 ölkə arasında elektrik şəbəkələrinin sinxronlaşdırılması aparıldıqdan sonra İran elektrik sənayesi güclü və davamlı elektrik şəbəkəsindən faydalanacaq: “Bu enerjinin əsas qütblərindən birinə çevriləcək və çoxlu gəlir əldə edəcək. Azərbaycan elektrik enerjisinin ötürülməsi üçün strateji yollardan biridir, birbaşa İran və Rusiyanın elektrik enerjisindən faydalanacaq. Elektrik şəbəkəsinin sinxronlaşdırılması Azərbaycan üçün çox faydalı olacaq”.
Komitə sədri qeyd edib ki, İran və qonşu ölkələr arasında enerjidən ən çox istifadə edilmə vaxtları bir-birindən fərqlənir: “Bu, İran, Azərbaycan və Rusiya arasında enerji mübadiləsinin ən önəmli tərəfidir. Ölkələr arası enerji mübadiləsində bu məsələ çox önəmlidir. İranda ilin bəzi fəsillərində daha çox elektrik enerjisinə ehtiyac var və bu ehtiyac qonşu ölkələr vasitəsilə təmin olunacaq. İranda daha elektrik stansiyası tikməyə və yeni elektrik enerjisi ötürücü xətlərinə sərmayə yatırmağa ehtiyac qalmayacaq. Bu məsələ Azərbaycan və Rusiya üçün də belədir”.
25 Sentyabr 18:21
994
25 Sentyabr 17:17
728
25 Sentyabr 17:16
686